Yevlax görüşü konstruktiv və müsbət mühitdə keçib

post-img

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Rusiya–Türkiyə Birgə Monito­rinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Sem­yonov iştırakçı qismində görüşə qatılıb. 

Konstruktiv və müsbət mü­hitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın er­məni əhalisinin reinteqrasiyası, in­frastrukturunun bərpası və fəaliy­yətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. 

Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.

Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin mü­zakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni za­manda, qida məhsulları olmaqla humani­tar yardımın göstərilməsini xahiş ediblər. 

Görüşün nəticəsi olaraq onların xahi­şi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri­nin ehtiyacları təmin olunmaqla yanaca­ğın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası



Son xəbərlər