İqtisadi Şuranın növbəti iclası

post-img

İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr edilmiş iclası keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, sentyabrın 20-də keçirilən iclasda 2024-cü ilin büdcə-ver­gi siyasəti çərçivəsində hazırlanmış vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi, onun nəticələrinə əsasən vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər, eləcə də Vergi Məcəlləsinə edilən dəyişiklik layihəsinə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosi­al xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin, vergi inzibatçılığı tədbir­lərinin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi üzrə dəyi­şiklikləri əhatə edən istiqamətlər və digər məsələlər geniş müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifo­vun və iqtisadiyyat naziri Mikayıl Cabba­rovun məruzələri dinlənilib. 

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alın­maqla vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər barə­də aidiyyəti qurumlara müvafiq tapşırıq­lar verilib. 

XQ

Son xəbərlər