Britaniyadakı icmamızın ermənipərəst qərara etirazı

post-img

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması Londondakı İlinq şəhər Şurasının (Ealing City Council) “erməni soyqırımı”nın anılması haqqında qərarına sərt etiraz edib.

Britaniya Azərbaycanlıları Cəmiy­yətinin rəhbəri Fəridə Pənahovanın adından Böyük Britaniya Parlamentinin İcmalar Palatasının lideri xanım Penni Mordaunta və xarici işlər naziri Ceyms Kleverliyə ünvanlanan məktublarda ic­mamızın bu qəbuledilməz və yolveril­məz vəziyyətlə bağlı dərin narahatlığı ifadə olunub.

Diqqətə çatdırılıb ki, I Dünya müha­ribəsi zamanı baş vermiş insan itkisini və faciəvi hadisələri bu gün də kədərlə xatırlayan icmamız İlinq şəhər Şurasının türk millətinə münasibətdə “soyqırımı” ifadəsini dəstəkləməsinə qəti etiraz edir.

XQ

Siyasət