Jerom Lamber Fransa mediasında erməni yalanlarının təbliğ olunmasını pisləyir

post-img

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa parlamentinin keçmiş deputatı Jerom Lamber fransız KİV-də Azərbaycana qarşı düşmən münasibətinin formalaşdırılması cəhdlərini tənqid edib.

O vurğulayıb ki, Fransada erməni millətçi lobbisinin təsiri altında Azərbaycana qarşı ədavəti qızışdırmaq üçün qaydaları pozan siyasi qüvvələrin və seçkili vəzifələr tutan nümayəndələrinin olması Azərbaycanın Dostları Assosiasiyasında təəssüf doğurur. Beləliklə, Fransa mediası və seçkili vəzifə tutan bəzi şəxslər erməni lobbisindən mütəmadi olaraq yalan təbliğat xəbərləri alırlar. Təəssüf ki, müxtəlif təzyiqlər altında bəziləri bu prinsipə əməl edirlər.

O diqqətə çatdırıb ki, Fransada açıq fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olan seçkili vəzifə tutan bəzi şəxslər və KİV dünyaya, eləcə də beynəlxalq qanunlara qarşı çıxmaqla, Cənubi Qafqaz bölgəsində Fransanın maraqlarına zidd addımlar atır.

XQ

 

Siyasət