Macarıstan parlamentində TÜRKSOY-un tədbiri

post-img

Macarıstan Milli Məclisində “Türk dünyası rəssamlarının tematik görüşü” silsiləsindən mətbuat konfransı keçirilib. Görkəmli macar şairi Şandor Petöfinin anadan olmasının 200-cü ildönümünə həsr olunmuş tədbirin təşkilatçıları qismində TÜRKSOY təşkilatı və Macarıstanın “Lakitelek” fondu çıxış ediblər.

TÜRKSOY-un Baş katibi Sultan Raev “Türk dünyası rəssamlarının tematik görüşü” silsiləsindən birinci tədbirin məşhur şair, Macarıstanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri olmuş Şandor Petöfinin anadan olmasının 200-cü ildönümünə həsr edilməsindən məmnunluğunu ifadə edib. 

Macarıstan Milli Məclisinin vitse-spikeri Şandor Lejaka, öz növbəsində, bildirib ki, Türk dünyasının rəssamları avqustun 25-dən bəri Lakitelekdə yerləşən rəssamlıq düşərgəsində öz əsərlərini yaradırlar. Bu tablolar görkəmli macar şairinin anadan olmasının 200 illiyinə həsr edilib.

Parlamentin vitse-spikeri onu da qeyd edib ki, sentyabrın 2-də Lakitelekdə TÜRKSOY-a üzv olan altı ölkədən gəlmiş 11 rəssamın Şandor Petöfinin şeirlərinin motivləri üzrə yaratdığı tablolardan ibarət sərgi açılacaq. Rəsm əsərləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın tanınmış rəssamları tərəfindən təqdim edilib”, -deyə o vurğulayıb.

Türk dünyası rəssamları adından çıxış edən tanınmış azərbaycanlı fırça ustası Sakit Məmmədov bildirib ki, onlar Macarıstanda çox mühüm təcrübə qazanıblar. 

XQ

 

Son xəbərlər