Ermənistan işğaldan azad edilən Azərbaycan torpaqlarına 1 milyondan çox mina yerləşdirib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (“Twitter“) sosial şəbəkəsində paylaşım edib.
“2020-ci ilin noyabrından bəri 300-dən çox azərbaycanlı mina qurbanı olub. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkədir. Ermənistanın mina terrorunu davam etdirir”, - deyə qeyd olunub.
***
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (Twitter) sosial şəbəkə hesabında paylaşdığı digər xəbərdə isə yazıb:
“Ermənistanın 30 il ərzində davam edən işğalı Azərbaycanın 8 şəhər, yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən, indiyədək misli görünməmiş bərpa prosesi işğaldan azad edilmiş əraziləri dirçəldir.
“Xalq qəzeti”