Azərbaycan dövləti və xalqı Pakistanın mövqeyini hər zaman dəstəkləyir və biz bunu yüksək qiymətləndiririk. Bunu Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye jurnalistlərə açıqlamasında deyib.
"Bu gün biz 2019-cu ilin 5 avqust tarixində Hindistan tərəfindən Cammu və Kəşmir əyalətlərinin xüsusi muxtariyyət statusunu birtərəfli qaydada ləğv edilməsinə həsr olunmuş tədbirə toplaşmışıq. Bu məsələdə Azərbaycanın ölkəmizə hər zaman dəstək göstərdiyini xüsusilə vurğulamaq istəyirəm", - deyə diplomat qeyd edib.
“Xalq qəzeti”