Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə bildirilib ki, hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər.
Qeyd olunub ki, isti hava və küləyin təsirindən ən kiçik qığılcım belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola bilər.
Qeyd olunanlarla bağlı FHN növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.