XİN-in Meşəli canisinin həbsi ilə bağlı açıqlaması

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçaturyan adlı şəxsin Laçın sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyininhəqiqətə uyğun olmayan bəyanatını şərh edib. Bununla bağlı XİN-nin mətbuat idarəsinin yaydığı açıqlamada deyilir:

“Ermənistan Xarici İşlər Ermənistan tərəfinin məsələ ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yox­dur. Azərbaycan Respublikasının Pro­kurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi bir­ləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbay­can Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini de­portasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismin­də məsuliyyətə cəlb olunması barədə qə­rar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən sərhəd-buraxılış məntəqəsində həbs edilib”.

Açıqlamada daha sonra bildirilir ki,­Vaqif Xaçatryanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib: “BQXK-nın nü­mayəndələrinin ona baş çəkməsinə mü­vafiq şərait yaradılıb. Azərbaycan tərəfin­dən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Beynəlxalq humanitar hüquqda müharibə cinayətkar­larına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur”.

“Xalq qəzeti”

 

Siyasət