Səudiyyə Ərəbistanı ilə əlaqələrin perspektivləri müzakirə edilib

post-img

Ər-Riyadda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim Əl-Xereyci ilə görüşü olub. 

Görüş əsnasında iki dost ölkə ara­sında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak edib.

Son xəbərlər