Vaqif Xaçatryanın qrup şəklində Meşəliyə hücum etməsi faktı təsdiqlənib

post-img

İstintaqın gedişində yeni faktlar ortaya çıxarsa, Meşəlidə soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana əlavə ittihamlar irəli sürülə bilər. Bunu Hərbi prokurorun müavini Fuad Məmmədov bildirib.

Onun sözlərinə görə, aparılan araş­dırma zamanı Vaqif Xaçatryanın ermə­ni millətindən olan digər şəxslərlə qrup şəklində Meşəli kəndinə hücum etdikləri barədə məlumatlar var.

"Zirehli maşınlarla, transportyorlarla hücuma keçilməsi göstərir ki, bu, əvvəl­cədən təşkil edilib. Burada məqsəd in­sanları kütləvi şəkildə Meşəli kəndindən çıxarmaq, həmçinin onların fiziki məhvinə nail olmaq olub. Ona görə də həmin ci­nayət işi soyqırımı, eyni zamanda əhalini deportasiya və məcburi köçürmə mad­dələri ilə Hərbi Prokurorluğun İstintaq şö­bəsində araşdırılır", - deyə Hərbi prokuro­run müavini bildirib. 

F.Məmmədov vurğulayıb ki, istintaqın gedişində Meşəli epizodu üzrə 9 nəfərin cinayət törətməsi sübut olunub. Digər şəxslərin aşkarlanaraq barələrində həbs qətimkan tədbiri seçilməsinə dair məh­kəmədən qərarlar alınıb.

 

Q.QASIMOV,

“Xalq qəzeti”

Son xəbərlər