Minsk qrupu münaqişənin həlli üçün yaradılmışdı…

post-img

İndi savaş yoxdur, deməli, vasitəçiyə də ehtiyac qalmır 

Son zamanlar bəzi Qərb mənbələrindən “mərhum” Minsk qrupunun “xortladılması” barədə gələn xəbərlər sübut edir ki, kimlərsə Cənubi Qafqaza sülh gətirilməsinin qəti əleyhinədir. Elə olmasaydı, 28 illik “fəaliyyəti” nəticəsiz qalan, Ermənistan dövlətinin Azərbaycan ərazilərində törətdiyi vəhşilikləri görə-görə riyakarlıqdan əl çəkməyən Minsk qrupunun bərpası haqqında bu qədər inadla danışmazdılar. 

Əvvəla, Minsk qrupu Azərbaycan və Ermənistanın razılığı əsasında yaradıl­mışdı ki, münaqişənin ədalətli şəkildə həllinə nail ola bilək. Qrupun fəaliyyəti isə sübut etdi ki, bu, əyri üçlük məhz Ermə­nistanın işğalına, separatçılığına, terror və təxribatlarına haqq qazandırmaq niy­yətində imiş. Bu boyda rəzalətdən və xə­yanətdən sonra Azərbaycan həmin qru­pun fəaliyyətinin bərpasına razı olarmı? Əsla yox. Elə isə təkcə işğalçı vandalla­rın istəyinə görə hansısa qrup yaradıla bilməz. Doğrudur, Ermənistan rəhbərliyi həftədə olmasa da, ayda bir dəfə xarici “dəstəkverənlərdən” ibarət hansısa qru­pu qəbul edir. Öz işləridir. Öz ölkələrin­də istədikləri qədər xarici qrup qəbul edə bilərlər. Ancaq Azərbaycanın daxili işlə­rinə qarışmamaq şərti ilə. 

ABŞ-dan gələn xəbərləri formalaşdı­ran “mütəxəssislər” bilmirlərmi ki, mü­naqişə yoxdursa (Azərbaycan dövləti­nin həmin münaqişəni hələ 2020-ci ilin payızında hərbi-siyasi yolla həll etdiyini kim bilmir ki?), deməli vasitəçiyə ehtiyac da yoxdur. Bilirlər. Ancaq münaqişə bitsə də, regiona sülh gətirilməsini istəməyən­lər də çoxdur. Bəs kimlərsə nə üçün re­giona sülh gətirilməsini istəmirlər? Çünki onların öz maraqları var – Ağ ev istəyir ki, Rusiya Qafqazdan getsin, Kreml ça­lışır ki, ABŞ Qafqaza girə bilməsin, Pari­sin öz “qarın ağrıları” var və ona görə də riyakarcasına birləşirlər ki, heç olmazsa, daha bir neçə il Qafqaza sülh, sabitlik gəlməsin. Çünki hər üç mərkəz “bulanıq suda balıq tutmağın” daha asan olduğu­nu yaxşı bilir. 

Azərbaycanın mövqeyi qətidir: “Biz bu qrupun riyakarlığının fəsadlarını 28 il yaşamışıq. Ona görə də belə bir plat­forma rəsmi Bakıya lazım deyil və biz ra­zılıq verməsək, Minsk qrupu elə olduğu yerdə qalacaq!” Ermənistan isə israr edir ki, Minsk qrupunun fəaliyyəti bərpa olun­malıdır. Amma bu israrın səbəbini açıq­laya bilmirlər. Çünki “münaqişənin həlli” ifadəsini dilə gətirə bilmirlər. Azərbaycan Prezidenti 2020-ci ilin noyabrından sonra az qala hər həftə xatırladıb ki, həmin mü­naqişə artıq yoxdur. Qarabağda yaşayan ermənilərin vəziyyətini qabarda bilmirlər. Çünki Prezident İlham Əliyev dönə-dönə vurğulayır ki, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və ölkəmiz­dəki digər azsaylı xalqlar kimi onlar da sərbəst yaşaya biləcəklər. 

Sual olunur: Bəs ermənilər nə üçün Minsk qrupu kimi özünü rüsvay etmiş bir təsisatı diriltməyə çalışırlar? Mənim fik­rimcə, son otuz ilin məhrumiyyətləri er­məniləri o qədər yorub, üzüb ki, indi on­ları heç bir qrup maraqlandırmır. Sadəcə kənardan verilən tapşırıqlardır ki, bu gün belə qışqırın, sabah elə, o biri gün isə başqa cür. 

Elə ATƏT də bəzi güc mərkəzlərinin əlində oyuncağa çevrilib. Yadımdadır, bu il aprelin ortalarında ATƏT-in fəaliy­yətdə olan sədri, Şimali Makedoniyanın Xarici işlər naziri Buyar Osmani Bakıda və İrəvanda olmuşdu. Bu riyakar diplo­mat Azərbaycan paytaxtında olanda çox­lu müzakirələr aparsa da, Minsk qrupu haqqında heç nə deməmişdi. İrəvanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə isə makedoniyalı olduğunu “unudaraq”, erməni kimi danış­mışdı: “Minsk qrupunun işi hazırda don­durulub. Lakin bu format yenə lazım ola bilər”.

Bu adam, üstəlik, İrəvandan Azər­baycanın əleyhinə təhdidlər də səslən­dirmişdi. O yaxşı bilir ki, Minsk qrupunu Azərbaycan tərəfi “pensiyaya göndərib”. Ona görə də ermənilərə təsəlli vermiş, azərbaycanlıları isə təhdid edən fikirlər səsləndirmişdi: “Minsk qrupunun işi ha­zırda dondurulub. Amma istisna etmirəm ki, uyğun şərtlər yaranarsa, bu formatın rolu yenidən artacaq. ATƏT təkcə Minsk qrupu demək deyil, təşkilatın ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə oluna biləcək bir çox başqa alət və mexanizmləri var”. 

İndi mən – sadə bir azərbaycanlı ola­raq cənab Buyar Osmanidən soruşuram: “Əgər ATƏT-in elə alət və mexanizmləri var idisə, onda nə üçün vəhşi, quduz, qaniçən ermənilərin otuz il viranəyə çe­virdiyi Azərbaycan ərazilərini görmədi­niz? Təbii ki, gördünüz, ancaq həqiqəti söyləməyinizə riyakarlığınız mane oldu. Məhz ATƏT-in Minsk qrupunun fəaliyyət­sizliyi, prinsipsizliyi, ikiüzlülüyü nəticəsin­də Azərbaycan ərazilərinin işğalı dərin­ləşdi, Ermənistanın mövqeyi radikallaşdı. Amma dünya elə qala bilməzdi. Bey­nəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun həll edə bilmədiyi məsələni Azərbaycan təkbaşına, öz daxili potensi­alı, liderinin qətiyyəti, ordusunun şücaəti ilə həll etdi.

Rəsmi Bakının qətiyyətini təkrar edi­rik: Bu gün artıq Dağlıq Qarabağ prob­lemi yoxdur. Azərbaycan öz ərazisinə nəzarət edir. Qalan məsələləri Konstitu­siyası və suveren hüquqları ilə özü həll edəcək. Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan 20-25 min erməni əhalisinə digər vətəndaşlarına hüquq və azadlıqları verməyi, onların problemlə­rinin dövlətin daim diqqətində olacağını dəfələrlə bəyan edib.

Sonda xatırladaq ki, Azərbaycan Pre­zidenti İlham Əliyev bu il fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cə­nubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zama­nı demişdi: “Minsk qrupu artıq “pensiya­ya” çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcud­dur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa İttifaqı tərəfindən təşkil edilən platformamız var”. 

Dövlət başçımız Avropanın mərkə­zində, köhnə qitənin rəsmilərinin və siyasətçilərinin gözlərinə baxa-baxa nümayiş etdirdiyi qətiyyətdə Parisin Cənubi Qafqazdakı canfəşanlığını da unutmamışdı: “Bu da aydındır, sən va­sitəçisənsə, kiminsə tərəfini saxlaya bil­məzsən. Siz kiminsə tərəfini saxlamağı­nızı nümayiş etdirə bilməzsiniz”.

Təəssüf ki, bitərəf ola bilmədilər və heç bir fəaliyyəti olmayan, heç bir iş gör­məyən Minsk qrupu tarixin arxivinə gön­dərildi. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət