Azərbaycan XİN erməni təxribatını və yalanlarını kəskin pisləyib

post-img

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Ermənistan silahlı qüvvələrinin iyunun 15-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hərbi təxribatını qətiyyətlə pislənilib. 

Bildirilib ki, bu hərbi təxribat Azər­baycanın suverenliyi və ərazi bütöv­lüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, er­məni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır: “Buraxılış məntəqə­sindən erməni sakinlərin heç bir çətin­lik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh pro­sesində maraqlı olmadığının bariz nü­munəsidir”. 

***

Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdi­yi iddialarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində isə bildi­rilib:

– Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı Laçın dövlət sərhədin­dən buraxılış məntəqəsi təsis olun­masının “gərgin humanitar vəziyyət” yaratdığı, Azərbaycanın “erməni sa­kinlərin gündəlik tələbat malları və tibbi məhsullarla təmin olunmasının qarşı­sını aldığı”, “etnik təmizləmə siyasəti həyata keçirdiyi”, Azərbaycanın, guya, sərhədboyu ərazilərdə təxribat törət­diyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.

Məntəqədən Azərbaycan Respubli­kasının Qarabağ bölgəsinin yerli ermə­ni sakinlərinin hər iki istiqamətdə şəf­faf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur.

İyunun 15-də Ermənistan tərəfin­dən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə köl­gə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.

“Xalq qəzeti”

Siyasət