MN: Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

post-img

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“Bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda qeyd edilib.

Siyasət