Qərb Ermənistanı “pul”a salıb

post-img

Ermənistandakı mövcud hakimiyyətin anti-Rusiya təmayülü heç kəsdə şübhə doğurmur. Baş nazir Nikol Paşinyan bəzən Rusiyanın şəninə müəyyən xoş sözlər desə də, istər Kremldə, istərsə də ölkənin siyasi dairələrində onun səmimiyyətdən uzaqlığını anlayanlar kifayət qədər çoxdur. Əslində, demək olmaz ki, Paşinyan Rusiya mövzusunda aşkar riyakardır. O, zaman-zaman Moskvaya münasibətdə kəskin əks mövqeyini ortaya qoyması ilə də fərqlənib. Təkcə Nikol yox, baş nazirin komandasındakı digər şəxslər də bunu ediblər. Ancaq həm Paşinyan, həm tərəfdarları, həm də ümumən erməni cəmiyyəti xəstədir və bunu sonda mövzumuza uyğun şəkildə vurğulayacağıq.

Hələlik isə çox da dərin düşünmə­dən, ilk növbədə, Ermənistanın üzv ol­duğu və Kremlin hakim rol oynadığı Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisindəki anti-Rusiya demarşlarını yada salaq. İrəvan, faktiki olaraq, quru­mun, belə demək mümkünsə, xarizma­sını zədələməklə, onun tam faydasızlığı görüntüsünü formalaşdırmaqla məşğul­dur. 

Son aylar Nikolun Azərbaycanla mü­nasibətlər baxımından Rusiyaya yalnız KTMT üzərindən deyil, birbaşa mənfi köklənişi də diqqətdən yayınmır. Pa­şinyan Bakının 10 noyabr 2020-ci il ta­rixli üçtərəfli Bəyanatın şərtlərinə, guya məhəl qoymadığını dönə-dönə gün­dəmə gətirməklə, əslində Moskvanın vasitəçilik missiyasının uğursuzluğunu bildirir. 

Diqqət yetirək, Rusiyanın rəsmiləri İrəvanın siyasi dairələrinin mövcud xü­susdakı açıqlamalarına cavab olaraq, məhz həmin Bəyanatın işlək olduğunu, prioritet səciyyə daşıdığını qabardır­lar. Yəni, onlar Nikol və dostlarının nə demək istədiklərini yaxşı anladıqlarını göstərir və cavabları ilə sanki Kremlin Cənubi Qafqazdakı mövqelərinin mü­dafiəsində immunitet yaradırlar. Əlbəttə, bu immunitet, eyni zamanda, Rusiyanın izahı hələ də abstrakt görünən erməni sevgisinin sıradan çıxmaması üçündür. Bəs Qərb nə edir?

Nəzərə alaq ki, Qərb artıq böyük öl­çüdə öz işini görüb. 2018-ci ildə Paşin­yanı hakimiyyətə gətirməklə. Axı Nikolun iqtidara yiyələnməsini doğurmuş inqilab həmin vaxtadək körüklənmiş anti-rus ovqatının təntənəsi kimi meydana çıx­mışdı. Ancaq demək olarmı ki, hazırda Ermənistanda Rusiya təsiri yoxdur? Demək olmaz, çünki təsir var! 

Ermənistanın iqtisadi sistemi Mosk­vadan asılıdır. Ölkədə hakimiyyətin bəzi qollarında ruspərəstlər ciddi təmsilçiliyə malikdirlər. Bu siyahıya medianı da əlavə etsək, o zaman Ermənistanı Qərb-Rusi­ya ziddiyyət platformasının təbliğat cəbhəsi saymaq mümkündür. 

Onu da düşünək ki, Rusiyanı Qərb­dən fərqləndirən başlıca xüsusiyyət, loru dildə desək, əlini cibinə atmaq istəməmə­sidir. Bu mənada ikinci nisbətən səxavət­lidir. Əslində, böyük ölçüdə N.Paşinyanı hakimiyyətə gətirmiş 2018-ci il inqilabı Moskvanın pul xərcləməyə xəsisliyinin nəticəsi idi. Həmin vaxtadək mövcud ol­muş Koçaryan-Sarkisyan xuntası ölkəni çapıb-talayırdı və sadə ermənilər Nikolu “siyasi goreşənlərdən” qurtulmaq üçün dəstəkləmişdilər. 

***

Diqqət yetirdinizsə, üzərində dayan­maq istədiyimiz məsələ elə puldur. Yəni, Ermənistanda hakimiyyətin saxlanılması üçün lazım olan pul. Buna həm də ölkə­nin anti-Rusiya ovqatının qorunması na­minə ayrılan maliyyə vəsaiti də demək mümkündür. Deməli, məsələ böyük pul­lardadır. 

“Ermənistanda anti-Rusiya təbliğatı­na külli miqdarda vəsait xərclənir. Yalnız bir təşkilat hər il bu məqsədlə 5-6 milyon ABŞ dolları ayırır”. Bunu nüfuzlu Sten­ford Universitetinin siyasi elmlər doktoru, erməni politoloq Artur Xaçikyan deyir. Ancaq Xaçikyan bir qədər fərqli məqam­lara toxunur. O, ayrılan maliyyənin tə­yinatındakı xüsusiyyətlərə diqqət çəkir və vurğulayır ki, böyük pullar, həmçinin, Qərbin Ermənistan üçün faydasızlığının pərdələnməsinə də hesablanıb. 

Qərbin təbliğatı çərçivəsində effektiv mexanizmlərdən istifadə edildiyini deyən erməni politoloq nəticə etibarilə həqiqət­lərin yalnız bir hissəsinin nəzərə alındığı­nı, onların haqqında daim danışıldığını, ancaq doğruların ümumi kontekstdən təcrid şəkildə çatdırıldığını vurğulayır. Kimsə Qərbin Ermənistan üçün heç nə etmədiyini ağlına gətirmir. Eyni zaman­da, yalnız rusların nə isə etdikləri, amma pis mənada etdikləri ön plana çəkilir. 

Erməni politoloq onu da bildirir ki, 2020-ci ilin 44 günlük müharibəsi zama­nı Rusiya Ermənistanın gözləntilərinin cəmi qırx fazini doğruldub. Lakin fakt faktlığında qalır ki, savaşı dayandıran Moskva olub. Üstəlik, Xaçikyan belə düşüncədədir ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının mövcudluğu bölgə ermənilərinin orada yaşamalarının təminatıdır. 

Digər tərəfdən, Xaçikyan ənənəvi er­məni həyazılığına köklənir və bildirir ki, Azərbaycan, guya Zəngəzuru işğal et­mək fikrindədir və qəsbin qarşısını alan da rus ordusudur. Lakin bütün bunların müqabilində Ermənistanda Rusiyaya qarşı total antipatik mühit hökm sürmək­dədir ki, bu, Qərb təbliğat maşınının və onun ayırdığı pulların nəticəsidir. 

Xaçikyanın sözlərinə görə, Ermənis­tandakı qərbyönlü təbliğatçılar insanları inandırmağa çalışırlar ki, Rusiya Cənu­bi Qafqaz regionunu tərk edərsə, Qərb dərhal İrəvanın müdafiəsinə qalxacaq. “Onlar bizi əmin etməyə çalışırlar ki, Ru­siya geri çəkildikdən sonra, Amerika qo­şunları səkkiz dəqiqəyə Ermənistanda olacaq. Göyərtəsində Makron və Pelosi olan fransız donanması Sevan gölün­də görünəcək. Gəlin, bunları uşaqlara yatmazdan əvvəl nağıl kimi danışaq”, - deyən politoloqun siyasi ironiya məntiqi­ni işə saldığı aşkardır.

Xaçikyan bir məqama da toxunur. O bildirir ki, Ermənistan son beş ildə yalnız Qərbə arxalanıb. “Bununla belə Qərb bizə xəyanət edib və bu, göz qabağında­dır”, - deyən politoloqun təfəkküründəki kasadlıq ənənəvi erməni xəstəliyindən irəli gəlməkdədir. Əvvəldə yazımızın mövzusuna uyğun şəkildə göstərəcəyi­miz məqam da elə budur. 

Nəzərə alaq ki, erməni xəstəliyinin ən böyük simptomu xaricdən kimlərinsə erməniləri müdafiəyə gəlməsi illüziyası­dır. Nə etsinlər, tarix boyu bu mərəzlə yaşayıblar, başqalarına sığınıb təxribat­lar törədiblər, çağdaş dövrümüzdə isə otuz ilə yaxın müddətdə Azərbaycanın torpaqlarını işğalda saxlayıblar. Mühari­bədə rüsvayçılıqla üzləşsələr də, Azər­baycanı savaş meydanında yenmək üçün zəruri dəstək ala bilməsələr də, anlamadılar ki, heç kəsə deyil, özlərinə arxalanmaq, reallığı görmək, düşünül­müş, məntiqi yol tutmaq lazımdır. 

Erməni qövmü indinin özündə də bunu dərk etməyəcək qədər kasadlıq burulğanındadır. Söhbət puldan və ka­sadlıq burulğanından düşübsə, Qərbin Ermənistana anti-Rusiya təbliğatı üçün ayırdığı pulların ölkəni “pul” sözünün er­məni dilində daşıdığı mənaya uyğun du­ruma saldığı da göz qabağındadır. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət