Erməni separatizmi etnik-psixoloji xəstəlikdir

post-img

Separatizm, terror, soyqırımı və deportasiya tarixdə insanlığa qarşı törədilən kütləvi cinayətlər sırasında yer alıb. Bu baxımdan ermənilərin dini və milli dözümsüzlüklə Qafqazda, Anadoluda və İranda türk soyuna qarşı törətdiyi bu cinayətlərin mütəşəkkilliyi, davamlılığı və amansızlığı xüsusi hal təşkil edir. 

Bu tarixi avantürizmin milli psixolo­ji natamamlıqdan qaynaqlanması artıq heç bir şübhə doğurmur. Müsahibimiz Bakı Dövlət Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru İmdad Bayramovun elmi-təcrübi qənaətlərini oxucularımıza çatdırırıq.

– Ermənistanın Azərbaycana qar­şı hərbi təcavüzü ilə başlanmış və 35 ildən artıqdır ki davam edən sonuncu separatçı hərəkat terror, soyqırımı və deportasiya əməlləri ilə genişlənib, Qa­rabağda 2 qanlı müharibə ilə nəticələ­nib. Təəssüf ki, konkret bir soya qarşı yönəldilmiş bu hərəkatlar və onların dəhşətli nəticələri beynəlxalq aləmdə, az-çox, tarixi təsvirini tapsa da, hüquqi baxımdan qiymətini almayıb və qədə­rincə ittiham olunmayıb.

– Dünya erməniliyinin xalqımıza qar­şı bu düşmənçiliyini və Ermənistanın ölkəmizə hərbi-siyasi təcavüzünə hazır­lıq məsələlərini tədqiq etmək üçün tarixə müraciət etməyi zəruri hesab edirik. Er­mənilərin müxtəlif bölgələrdə separatizm və soyqırımlar törətməsi tarixdə qanlı izlər qoyub. Bunu vacib edən amillərdən başlı­cası “Böyük Ermənistan” barədə xülyaları reallaşdırmaq cəhdləri olub. 

Belə bir xülyanın gerçəkləşdirilməsin­də Rusiya imperiyasının dəstəyinə nail olmaq istəyən ermənilər hər vasitə ilə ona qulluq göstərməyə çalışıblar. Belə­liklə, heç vaxt dövləti və dövlətçilik tarixi olmayan, dünyanın müxtəlif bölgələrinə səpələnmiş, köçəri həyat tərzi keçirən er­mənilər Anadoluda və Qafqazda özlərinə dövlət qurmaq üçün bəşəriyyət əleyhinə cinayətlər olan separatizm və terrorizmi mübarizə üsulu seçməkdən çəkinməyib­lər. 1988-ci ildə Ermənistanda Azərbay­cana qarşı baş qaldıran sonuncu sepa­ratçı hərəkatın doğurduğu münaqişәisə iki ölkə arasındakı genişmiqyaslı hәrbi toqquşmalarla müşayiәt edildi. İmperialist dairələrin, xristian mərkəzlərin açıq-gizli himayəsi ilə davam edən bu hərbi təcavüz beynәlxalq sәviyyәdәtanınmış Azәrbay­canın suveren sәrhәdlәri daxilindәQara­bağ vә7 әtraf rayonun işğal altına düşmә­si ilәnәticәlәndi. 

Azərbaycanın tarixi torpaqları olan Qarabağın dağlıq hissəsində erməni se­paratçılığı öz sosial-psixoloji xüsusiyyətlə­rinə görə etnoseparatçılığın ən radikal və qəddar formasıdır. Buna görə də erməni separatçılığının sosial-psixoloji baxımdan öyrənilməsi, istər 35 ildən artıq davam edən münaqişədə sülhün əldə edilməsi, istərsə də regionun sabit, ahəngdar inki­şafı ücün, müəyyən tədbirlərin həyata ke­çirilməsini zəruri edir. 

–Lakin Azərbaycanla aparılan ədalətsiz müharibənin sonunda udu­zan Ermənistan bununla barışmaq istəmir, bu başabəla ölkədə separat­çı və revanşist çağırışlar davam edir, sərhəddə və Qarabağda hərbi-siyasi təxribatlar, ekoloji və mina terrorları törədilir.

–Bunun dərin və fəsadlaşmış et­nik-psixoloji kökləri var. Dövrümüzdə mütərəqqi bəşəriyyət üçün ciddi təhlükə sayılan etnik separatizmin ən qorxulu təzahürlərindən biri təcavüzkar erməni separatizmidir. Bu xalq özünü belə bir sa­ğalmaz bəlaya düçar edib. Özgə torpaqla­rını ələ keçirməyə şirnikləndirilmiş erməni toplumu bu xəstəliyin ağır formasına yo­luxub. Açıq şəkildə bütün türklüyə qarşı nifrət hissi aşılayan bu erməniliyin mahiy­yətini qonşu xalqlara qarşı ərazi iddiaları irəli sürmək təşkil edir.

Ermənistanda dövlət siyasətinə çevril­miş bu avantüranın əsasında genosid, ter­ror, deportasiya və müharibə yolu ilə ələ keçirilən yad torpaqları hesabına öz cılız milli maraqlarına xidmət edən uydurma “Böyük Ermənistan” ideyasına nail olmaq durur. Ermənilikdə formalaşmış konyunk­turalı separatçılıqla dünyaya baxış sistemi XVIII - XIX əsrlərdən başlayaraq inkişaf edib. Bu səbəbdən də mövzunun ənənəvi erməni siyasi partiyalarının və gizli silahlı birləşmələrinin fəaliyyəti müstəvisində de­yil, etnopsixoloji kontekstdə diqqətə çatdı­rılması aktuallıq daşıyır. 

Azərbaycana qarşı erməni terrorunun son əsrlərdəki tarixi göstərir ki, həmişə bölgənin və ətraf aləmin ictimai mühitində sistem dəyişiklikləri baş verərkən erməni­likdə traybalizm və probabilizm elementlə­ri daha qabarıq və sərt formatda fəallaşır. Bu onu göstərir ki, ermənilikdə separatçı­lıq xarakteri klassik əlamətdir. XVIII əsr­dən başlayaraq ictimai-siyasi hadisələrin inkişaf tendensiyasını dini mənsubiyyət mövqeyindən həll etməyi qətiləşdirən er­məniliyin XX əsrin əvvəllərində, xüsusilə də Rusiyada inqilablar dövründə müxtəlif məsləkli siyasi dairələrə sızaraq məhz et­nik-dini toplum halında təşkilatlanması, bu toplumun siyasi məqsədlərinin qanunsuz silahlı təhdidlərlə həll olunmasını israrla davam etdirməsi separatçılıq xarakterin­dən irəli gəlib.

Birmənalı olaraq görünür ki, ermənilər psixoloji tipinə görə daha çox şovinist tə­biətlidirlər. Çünki erməni kilsəsi tarixən bu xalqın şüuruna “biz məzlum və seçilmiş ermənilər, qatil və düşmən türklərdən qi­sas almalıyıq” stereotiplərini aşılamışdır. Bu stereotipləri qoruyub saxlamaq üçün onları milli-etnik mərasimlərdə psixolo­ji olaraq şüurlarda canlandırırlar. Bunun üçün uydurulmuş “erməni soyqırımı” psixoloji baxımdan erməni xalqını psixolo­ji əsarətdə saxlamağa kömək edir. 

Belə bir etnosentrizm ilkin mərhələdə adi görünsə də, sonradan separatçılıq mərhələsinə keçir. Bu keçid özünü ideal­laşdırmaq, digərlərini alçaltmaq hesabına baş verirsə, o, separatçılığın ilk mərhələsi hesab oluna bilər. Digərlərinə qarşı into­lerant münasibətlər dinamikasında sepa­ratçılıq qaçılmaz sosial hadisəyə çevrilir. Kollektivist mədəniyyətlər etnosentrist xarakterli olur. Ermənilərdə bu kollektivist etnosentrist mədəniyyət qriqorian kilsəsi ətrafında formalaşmışdır. Çünki bu xristi­an kilsəsi yalnız erməni millətinə mənsub olan qriqorian təriqətinə xidmət edir. Bu baxımdan ermənilərdə din milli xarakter daşıyır. 

Qədimlik, böyüklük barədə şüurda ya­radılan yanlış təsəvvürlər erməni xalqının qonşu etnoslarla olan münasibətlərinə daim maneçilik törətmiş, onların milli özü­nüdərkinə xələl gətirmiş, etnik dözümsüz­lük, nifrət hisslərinin güclənməsinə şərait yaratmışdır. Bu hisslər həm də daxildə ko­rafəhm etnik birliyin möhkəmlənməsinə, düşmənə qarşı davakar diaspor şəklində təşkilatlanmaya səbəb olub.

– Erməni separatizminin elmi-ta­rixi kökləri olmasa da bəlalı nəticələri Qafqazı dəfələrlə qanlı diyara çevirib, Azərbaycanın 20 faiz ərazisi cəhən­nəmə çevrilib. Lakin bu inadcıl sepa­ratizm sonda avantürist və ədalətsiz mahiyyətinin qurbanına çevrildi.

– Separatizm təhlükəsinə vahid dövlə­tin reaksiyası üçün bir çox variant var. On­ları şərti olaraq iki qrupa bölmək olar: güc (silahlı) reaksiyaları və gücsüz (silahsız) reaksiyalar. Hər iki reaksiya bir-biri ilə sıx bağlıdır. Problemin güc yolu ilə həlli da­nışıqlar prosesinin potensialı tükəndikdən sonra baş verir. Dünyanın istənilən dövləti beynəlxalq müqavilələr və dünya ictima­iyyətinin rəyi ilə hesablaşmaya bilməz. Və o, birmənalı olaraq belə ifadə olunur: müasir siyasətdə münaqişənin sülh yolu ilə həlli üçün ən kiçik bir şans varsa, zora­kı qərarlara yer yoxdur. 

İkinci Qarabağ müharibəsinin nəticələ­ri göstərdi ki, ermənilər həqiqətən xəstə psixoloji təfəkkürə malik olan bir xalqdır. Onlar işğal etdikləri Qarabağ ərazisində 30 il müddətində nəinki quruculuq işləri aparmamış, əksinə, ərazidə olan bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri sökmüş, daş üstə daş qoyma­mış, təbiətə zərər yetirmiş və tərk etdikləri əraziləri minalamışlar. Onların Qarabağda etdikləri vəhşiliklərin nəticəsini Yaponiya­ya atılmış atom bombasının nəticələri ilə müqayisə edirlər. Əslində, bu kütləvi van­dalizm ermənilərin etnik psixoloji durumu­nu ortaya qoyur. 

Həqiqət isə budur ki, rəşadətli Azər­baycan Ordusu Vətən müharibəsində 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hü­cum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yarat­dığı “yenilməzlik” mifini də darmadağın etmiş oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələ­ri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyat­larla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan, tutarlı arqumentlər üzərində qurulan aydın açıqlama və bəya­natları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin, bu müsahibələr in­formasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu. 

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”



Siyasət