“Böyük Ermənistan” xülyası və erməni separatçılığının sosial-psixoloji xüsusiyyətləri

post-img

Separatçılıq siyasətdə və ictimai elmlər sahəsində daha çox emosional hisslərlə müşayiət olunan problemdir. Problemə daha yaxşı aydınlıq gətirmək üçün, yəni seperatizmə, terrora, soyqirimlara və təcavüzlərə hazırlıq məsələlərini tədqiq etmək üçün tarixə müraciət etməyi zəruri hesab edirik. Ona görə də ermənilərin müxtəlif bölgələrdə istənilən vaxt toplanaraq seperatizm və soyqırımlar törətmək cəhdləri həmişə diqqətdə saxlanılmışdır. Bunu vacib edən amillərdən başlıcası “Böyük Ermənistan” barədə xülyaların reallaşdırılmasıdır. 

Təbii olaraq belə bir xülyanın gerçəkləşdirilməsində Çar Rusiyasının dəsəyinə nail olmaq istəyən ermənilər hər vasitə ilə ona qulluq göstərməyə çalışırdılar. Beləliklə də heç vaxt dövləti və dövlətçilik tarixi olmayan, dünyanın müxtəlif bölgələrinə səpələnmiş, köçəri həyat tərzi keçirən ermənilər buna nail olmaq üçün bəşəriyyət əleyhinə cinayət yolu olan seperatizmi və terrorizmi seçdilər.

1991–1994-cü illәrdә Ermənistan seperatçıları və Azərbaycan  arasındakı münaqişә genişmiqyaslı hәrbi toqquşmalarla müşayiәt edildi vә yekunda beynәlxalq sәviyyәdә tanınmış Azәrbaycanın suveren sәrhәdlәri daxilindә Qarabağ vә 7 әtraf rayonun işğal altına düşmәsi ilә nәticәlәndi. Azərbaycanın tarixi torpaqlarında davam edən Daglıq Qarabağ separatçılığı öz sosial-psixoloji xüsusiyyətlərinə görə etnoseparatçılığın ən radikal və qəddar formasıdır. Buna görə də erməni separatçılığının sosial-psixoloji baxımdan  öyrənilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də regionun sabit, ahəngdar inkişafı ücün, müəyyən tədbirlərin həyata keçirilməsini zəruri edir. 

Qloballaşma prosesi bütün dünya cəmiyyətlərində müxtəlif sosial problemlərin yaranmasına, həmçinin müəyyən pozitiv perspektivlərin ortaya çıxmasına şərait yaradır. Dünyada baş verən bu proseslərdən kənarda qalmayan Azərbaycan cəmiyyətində də ciddi sosial-mədəni addımlar atılır, ənənəvi sosiomədəni birlik formaları tədricən yeni sosial-mədəni qruplaşmalar, yeni identiklik formaları ilə əvəz olunur. Ənənəvi cəmiyyətlər üçün ağır sosial-psixoloji gərginliklərlə müşayiət olunan bu prosesin sosial-psixoloji baxımdan araşdırılması, bizim cəmiyyətimiz üçün də  kifayət qədər aktualdır.

Bu gün bütün mütərəqqi bəşəriyyət üçün ciddi təhlükə sayılan etnik separatizmin ən qorxulu təzahürlərindən biri təcavüzkar erməni separatizmidir. Açıq şəkildə bütün türklüyə qarşı nifrət hissi aşılayan bu erməniliyin  mahiyyətini qonşu xalqlara qarşı ərazi iddiaları irəli sürmək genosid, terror, deportasiya və müharibə yolu ilə ələ keçirdikləri yad torpaqlar hesabına öz cılız milli maraqlarına xidmət edən uydurma  “Böyük Ermənistan” ideyasına nail olunması durur.   Problemə daha yaxşı aydınlıq gətirmək üçün, yəni seperatizmə, terrora, soyqırımlara və təcavüzlərə hazırlıq məsələlərini tədqiq etmək üçün dönə - donə tarixə müraciət etməyi zəruri hesab edirik. Ona görə də ermənilərin müxtəlif bölgələrdə istənilən vaxt toplanaraq seperatizm və soyqırımlar törətmək imkanları həmişə diqqətləində saxlanılmışdır. Bunu vacib edən amillərdən başlıcası “Böyük Ermənistan” barədə xülyaların reallaşdırılmasıdır. Təbii olaraq belə bir xülyanın gerçəkləşdirilməsində Çar Rusiyasının dəstəyinə nail olmaq istəyən ermənilər hər vasitə ilə ona qulluq göstərməyə çalışırdılar. Beləliklədə heç vaxt dövləti və dövlətçilik tarixi olmayan, dünyanın müxtəlif bölgələrinə səpələnmiş, köçəri həyat tərzi keçirən ermənilər buna nail olmaq üçün bəşəriyyət əleyhinə cinayət yolu olan seperatizmi və terrorizmi seçdilər.

Ermənilikdə formalaşmış konyunkturalı seperatçılıqla dünyaya baxış sistemi XVIII - XIX əsrlərdən başlayaraq daha da təkmilləşməkdədir. Bu səbəbdən də mövzunun ənənəvi erməni siyasi partiyalarının və gizli silahlı birləşmələrinin fəaliyyəti müstəvisində deyil, etnopsixoloji kontekstdə diqqətə çatdırılması aktuallıq daşıyır. Həm də ona görə ki, Azərbaycana qarşı erməni terrorunun son əsrlər tarixi göstərir ki, həmişə Azərbaycan ictimai mühitində sistem dəyişiklikləri baş verərkən ermənilikdə traybalizm və probabilizm elementləri  daha qabarıq və sərt formatda fəallaşır.

Bu onu göstərir ki, ermənilikdə seperatçılıq xarakteri klassik əlamətdir. XVIII əsrdən başlayaraq ictimai-siyasi hadisələrin inkişaf tendensiyasını dini mənsubiyyət mövqeyindən həll etməyi qətiləşdirən erməniliyin XX əsrin əvvəllərində, xüsusilə də Rusiyada inqilablar dövründə müxtəlif məsləkli siyasi dairələrə sızaraq məhz etnik-dini toplum halında təşkilatlanması, siyasi məqsədlərinin qanunsuz silahlı təhdidlərlə həll olunmasını israrla davam etdirməsi separatçılıq xarakterindən irəli gəlirdi.

Məsələn, ermənilər psixoloji tipinə görə daha çox şovinist təbiətlidirlər. Çünki erməni kilsəsi tarixən bu xalqın şüuruna “biz məzlum və seçilmiş ermənilər, qatil və düşmən türklərdən qisas almalıyıq” stereotiplərini aşılamışdır. Bu stereotipləri qoruyub saxlamaq üçün  onları milli-etnik mərasimlərdə psixoloji olaraq şüurlarda canlandırırlar. Bunun üçün uydurulmuş “erməni soyqırımı” psixoloji baxımdan erməni xalqını psixoloji əsarətdə saxlamağa kömək edir. Etnosentrizm ilkin mərhələdə adi görünsə də sonradan  separatçılıq mərhələsinə keçir. Bu keçid özünü ideallaşdırmaq, digərlərini alçaltmaq hesabına baş verirsə, o, separatçılığın ilk mərhələsi hesab oluna bilər. Digərlərinə qarşı intolerant münasibətlər dinamikasında separatçılıq qaçınılmaz sosial hadisəyə çevrilir. Kollektivist mədəniyyətlər etnosentrist xarakterli olur. Ermənilərdə bu kollektivist etnosentrist mədəniyyət Qriqoryan kilsəsi ətrafında formalaşmışdır. Çünki bu xristian kilsəsi yalnız erməni millətinə mənsub olan qriqoryan təriqətinə xidmət edir. Bu baxımdan ermənilərdə din milli xarakter daşıyır. Qədimlik, böyüklük barədə şüurda yaradılan yanlış təsəvvürlər erməni xalqının qonşu etnoslarla olan münasibətlərinə daim maneçilik törətmiş, onların milli özünüdərkinə xələl gətirmiş, etnik dözümsüzlük, nifrət hisslərinin güclənməsinə şərait yaratmışdır. Bu hisslər həm də daxildə etnik birliyin möhkəmlənməsinə, düşmənə qarşı diaspora şəklində təşkilatlanmasına səbəb olmuşdur.

Separatizm təhlükəsinə vahid dövlətin reaksiyası üçün bir çox variant var. Onları şərti olaraq iki qrupa bölmək olar: güc (silahlı) reaksiyaları və gücsüz (silahsız) reaksiyalar. Hər iki reaksiya bir-biri ilə sıx bağlıdır. Problemin güc yolu ilə həlli danışıqlar prosesinin potensialı tükəndikdən sonra baş verir. Dünyanın istənilən dövləti beynəlxalq müqavilələr və dünya ictimaiyyətinin rəyi ilə hesablaşmaya bilməz. Və o, birmənalı olaraq belə ifadə olunur: müasir siyasətdə münaqişənin sülh yolu ilə həlli üçün ən kiçik bir şans varsa, zorakı qərarlara yer yoxdur. 

İkinci Qarabağ Müharibəsinin nəticələri göstərdi ki, ermənilər həqiqətən xəstə psixoloji təfəkkürə malik olan bir xalqdırlar. Onlar işğal etdikləri Qarabağ ərazisində 30 il müddətində nəinki quruculuq işləri aparmamış, əksinə, Qarabağ ərazisində olan bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri sökmüş, daş üstə daş qoymamış, təbiətə zərər yetirmiş və tərk etdikləri əraziləri minalamışlar. Onların Qarabağda etdikləri vəhşiliklərin nəticəsini Yaponiyaya atılmış atom bombasının nəticələri ilə müqayisə edirlər. Əslində, bu ermənilərin psixoloji durumunu ortaya qoyur. Qeyd etmək vacibdir ki, rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını da darmadağın etmiş oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin, bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu. 

İmdad Bayramov,

Bakı Dövlət Universitetinin dosenti,

 psixologiya üzrə fəlsəfə doktoru, 

 

Siyasət