Mayın 6-da gecə yarısı UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.
Yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Arsenal” komandası İspaniyanın “Atletiko”sunu qəbul edib. “Emireyts” stadionunda start götürən qarşılaşma ingilislərin qələbəsi ilə başa çatıb–1:0.
Xatırladaq ki, ilk görüşdə qalib müəyyənləşməyib – 1:1. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Arsenal” finala vəsiqə qazanıb.
Qeyd edək ki, digər finalçı dünən axşam bəlli olub. Almaniyanın “Bavariya” klubu Fransanın PSJ komandası ilə üz-üzə gəlib.
Xatırladaq ki, yarımfinalın ilk qarşılaşmasında PSJ minimal hesabla qalıb gəlib – 5:4.
Qabil YUSİFOĞLU
XQ

