Azərbaycan və San-Marino arasında bərpa olunan enerji sahəsində tərəfdaşlıq imkanları nəzərdən keçirilib

post-img

Energetika naziri Pərviz Şahbazov San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika naziri Marko Qatti və əmək, iqtisadi proqramlaşdırma, Dövlət Xidmətləri Muxtar Qurumu ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiya naziri Alessandro Bevitori ilə görüşüb.

XQ xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.

Məlumata görə, görüşdə təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Enerji təhlükəsizliyi, yaşıl keçid və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 





İqtisadiyyat