Ermənistan etnik təmizləməni gizlədə bilməz

post-img

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı qərəzli bəyanatına cavab verib. Bu barədə İcmanın mətbuat xidmətindən qəzetimizə bildirilib ki, Ermənistan XİN Prezident İlham Əliyevin 2023-cü il 16 mart tarixində Türk Dövlətlər Təşkilatında Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi bəyanatını yanıldıcı məzmunda təqdim etməyə cəhd edərək, bizim sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququmuza xələl gətirməyə cəhd göstərib. İcmanın bəyanatında daha sonra deyilir:

– İlk öncə, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların sülh yolu ilə qayıdışına verdiyi siyasi dəstəyə görə və bu məsələni mötəbər bey­nəlxalq formatların tribunasından ifadə etməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşək­kür edirik.

Ermənistan hökumətinin etiraz etdi­yi Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, həmin bölgədə yaxın ta­rixədək azərbaycanlıların çoxluq təş­kil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95 faizdən çoxunun Azərbaycan mən­şəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbay­canlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, Qərbi Azərbaycan ifadəsini işlətmək bütün insanlığın borcudur.

İcmanın qayıdış konsepsi­yasında həmin ərazidə yaran­mış Ermənistan Respublikası hüquqi-siyasi reallıq kimi qə­bul edilir, barışığa və reinteq­rasiyaya əsaslanan yanaşma əsas götürülür. Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyimiz məktubumuz­da da qeyd etdiyimiz kimi, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənista­nın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz.

Belə olan təqdirdə, Ermənistan tərəfi “Artsax hökuməti”, “Artsax xalqı”, “Artsax ordusu” kimi ifadələr işlətməsi­nin izahatını verməlidir.

Nəhayət, biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan, qovulmuş azərbaycanlıların veri­fikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan bey­nəlxalq razılaşma çərçivəsində öz evlə­rinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yarat­mağa, bunun üçün etdiyimiz dialoq mü­raciətinə cavab verməyə çağırırıq.

 

“Xalq qəzeti”

99-33.jpg

Siyasət