Xarici diplomatların molla siyasətinə “dinc” etirazı

post-img

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bugünlərdə beynəlxalq aləmdə daha bir xoşagəlməz halla üzləşib. O, BMT iclasında xitabət kürsüsündə, demək olar, boş zal üçün çıxış edib.

İran XİN rəhbəri BMT-nin iclasında ilk dəfə deyil ki, belə vəziyyətlə üzləşir. Müxtəlif ölkələrin diplomatları və nü­mayəndələri İranın son aylarda daha da radikallaşmış molla rejiminə etiraz əlaməti olaraq onun təmsilçiləri çıxış edərkən salonu tərk edirlər. Hüseyn Əmir Abdullahianın Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasında iştirak edərkən də eyni münasibəti görməsi təsadüfi deyil. 

Son aylarda ölkəni bürümüş etiraz aksiyalarını zorakı üsullarla yatırtmağa çalışan, azadlıq hərəkatı fəallarına, öz hüquqlarını tələb edən milli azlıqlara di­van titan İran İslam Respublikası insan hüquqlarının pozulması sahəsində bü­tün antirekordlara imza atıb. BMT top­lantılarında İran rəsmilərinə göstərilən bu münasibət molla rejiminin antixalq siyasətinin beynəlxalq aləmdə yüksək səviyyədə pislənməsi deməkdir. 

Hüseyn Əmir Abdullahianın tribu­nada boş salona xitab etməsi də xarici diplomatların İran rəsmilərinə növbəti “dinc” etirazının nəticəsidir.

 

Rəhman GƏNCƏLİ, “Xalq qəzeti”

Siyasət