“İranda rejim istəməsə, səfirliklərə hücumlar baş vermir”

post-img

Bu il yanvarın 27-də İran paytaxtında Azərbaycan Səfirliyinə qarşı törədilmiş dəhşətli terror aktı və onunla bağlı fərqli yanaşmalar barədə Fransanın “Reseau İnternational” nəşrində geniş yazı dərc olunub. 

Məqalə müəlliflərinin qənaətinə görə, Azərbay­canın Tehrandakı səfirliyinə qanlı hücumun və burada törədilmiş terror aktının, nəticədə, diplomatik mis­siyanın bir əməkdaşının həlak olmasının və ikisi­nin yaralanmasının arxa­sında İran hakimiyyət nü­mayəndələrinin dayanması ehtimalı yüksəkdir.

Məqalədə deyilir: “Terror­çunun bu qanlı aktı törətmək üçün İranda istirahət günü hesab edilən cümə gününü seçməsi, üzərində avtomat və dolu sandıqçalar, Molotov kokteyli, zərbə üçün ağır küt alət olması, həmçinin İran polisinin məsələyə müdaxilə etməməsi hücumun əvvəlcə­dən planlaşdırıldığı qənaə­tinə gəlməyə imkan verir”. 

Yazıda söylənən müla­hizələr Hudson İnstitutunun böyük elmi işçisi Maykl Dora­nın aşağıdakı sitatı ilə əsas­landırılır: “Bir qayda olaraq, İranda rejim istəməsə, səfir­liklərə hücumlar baş vermir”.

 

“Xalq qəzeti”

Siyasət