“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Caniyev İbrahim Mustafa oğlu

Hüseynov Fuad Camal oğlu

Xələfov Sadiq Miri oğlu

İsmayılov Tofiq Köçəri oğlu

Quliyev Emil Ehtiram oğlu

Məmmədəliyev Dadaş Şixməmməd oğlu

Məmmədov Ələsgər Ağamehdi oğlu

Talıbov Zəka Famil oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2026-cı il

Sərəncamlar