Dekabrın 20 günü ərzində 60 mindən çox uşaq qızılca əleyhinə peyvənd olunub

post-img

Dekabrın 20 günü ərzində 60 mindən çox uşaq qızılca əleyhinə peyvənd olunub.

Bunu  açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, həm birinci, həm də ikinci peyvənddən kənarda qalan uşaqlar vaksinasiyadan keçir: "Düşünürəm ki, qısa zaman ərzində yüksək faizli peyvəndlə əhatəolunma nəticəsində xəstəliyin ölkədə yayılmasını dayandıra bilərik.

Valideynlərə müraciət edib demək istəyirəm ki, nə qədər ki, onların övladları yoluxmayıb, peyvənd olunmayıbsa, gec olmadan vaksin vurdursunlar. Peyvənd məntəqələrində kifayət qədər vaksin var. Yüksək keyfiyyətli, effektiv və təhlükəsiz vaskinlərdir. Onlar Azərbaycana UNICEF xətti ilə gətirilir və Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir. Heç bir uşaqda peyvənddən sonra ağırlaşma baş vermir. Ola bilər ki, yüngül yanaşı təsiri olsun, temperaturun yüksəlməsi, inyeksiya yerində qızartı, şişkinlik ola bilər. Bu, adi bir haldır. Çünki orqanizmə daxil olan antigenə qarşı cavab reaksiyasıdır. Onu etdirmək lazımdır ki, uşaqlar xəstələnməsin. Bayram günləri yaxınlaşır, uşaqlar üçün Yeni il şənliklərinin keçirildiyi günlər yaxınlaşır. Əgər uşağın peyvəndi yoxdursa, çalışsınlar tez bir zamanda vaksin vurdursunlar. Peyvənddən sonra bir aya qədər müddət lazımdır ki, orqanizmə daxil olan vaksinə qarşı immunitet yaransın. Çalışsınlar uşaqlarını şənliklərə bir o qədər çox aparmasınlar, kütləvi toplanma yerlərindən uzaq olsunlar ki, uşaqlar arasında bu xəstəliyin yayılma ehtimalı bir o qədər çox olmasın. Valideynlərə bir daha müraciət edirəm ki, nə qədər gec deyil övladlarını peyvənd etdirsinlər".

Səhiyyə