Naxçıvan şəhərində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 12-ci Regional Konfransı və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi aksiyası keçirilir.
Naxçıvan MR Mərkəzi Xəstəxanasında keçirilən konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda Naxçıvanın və mərkəzin həkim heyəti də iştirak edir.
Tibbi aksiyanın məqsədi isə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə etməkdir.
Aksiya Naxçıvan Mərkəzi Xəstəxanasında keçiriləcək.