Ədliyyə naziri Şabranda

post-img

Dekabrın 7-də Ədliyyə naziri Fikrət Məmmədov Şabran rayonunda Şabran, Xaçmaz, Siyəzən və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Görüşdə vətəndaşların ədliyyə fəa­liyyəti ilə bağlı müraciətləri dinlənilib, Vətən müharibəsi iştirakçılarının və şə­hid ailələrinin qayğıları ilə maraqlanılıb, qaldırılan məsələlərə dair aidiyyəti tap­şırıqlar verilib. 

Səfər çərçivəsində nazir yerli əd­liyyə orqanlarına və məhkəməyə baş çəkərək onların iş şəraiti ilə tanış olub, işin daha səmərəli təşkili ilə bağlı tap­şırıq və tövsiyələrini verib. 

XQ

Son xəbərlər