Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımı göndərib

post-img

Bu gün Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi göndərilib.

Energetika Nazirliyindən  bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7,6 milyon dollar olan sözügedən humanitar yardımın ilk hissələri cari il oktyabrın 30-u və noyabrın 21-də Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

İqtisadiyyat