Baş nazirin müavini Çin şirkəti prezidenti ilə görüşüb

post-img

Baş nazirin müavini Şahin Mustafayev dekabrın 7-də “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Çiao Sübin ilə görüşüb.

Görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ti­cari-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məm­nunluq ifadə edilib, dövlətlərarası mü­nasibətlərin strateji tərəfdaşlıq xarakte­ri daşıdığı bildirilib. 

Azərbaycanın “yaşıl” enerji imkan­larının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub, bu sahədə imzalanan əməkdaşlıq sənədlərinin əhəmiyyəti vurğulanaraq, görüləcək işlər və gələcək hədəflər nəzərdən keçirilib. 

XQ

Son xəbərlər