Moldovada Müslüm Maqomayevin barelyefi açılıb

post-img

Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkəmizin Kişineudakı səfirliyinin önündəki bağçada dünyaşöhrətli müğənni Müslüm Maqomayev barelyefinin açılış mərasimi keçirilib. 

Barelyef Azərbaycan ilə Mol­dova arasında iqtisadi inkişaf üzrə hökumətlərarası komissiyanın həm­sədrləri – Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spınu­nun və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, eləcə də Moldovanın mədəniyyət naziri Sergiu Prodanın iştirakı ilə açılıb. 

Səfir Qüdsi Osmanov çıxışında bildirib ki, barelyef Moldovada Müslüm Maqomayevin xatirəsini əbədi olaraq yaşadacaq.

Moldovanın mədəniyyət naziri Ser­jiu Prodan Kişineuda tanınmış müğən­ni və bəstəkar Müslüm Maqomayevin barelyefinin açılışını mühüm mədəniy­yət hadisəsi adlandırıb. 

XQ

Sosial həyat