Türk immunoloq xərçəngə qarşı vaksin hazırlayıb

post-img

Koronavirus pandemiyasının ən sərt vaxtlarında ölkəmizdə 4 tanınmış vaksin şirkətinin peyvəndləri tətbiq olundu. Bunlardan biri də məhz “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd idi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil etdiyi həmin vaksin Almaniyanın “BioNTech” biotexnologiya şirkətinin məhsuludur. Korona peyvəndlərinin köməyilə pandemiyanın geridə qaldığı bir zamanda Almanyadan daha bir sevindirici yenilik barədə xəbər yayılıb. Korona vaksinini hazırlayan şirkətin qurucusu Uğur Şahin qurumun xərçəng xəstəliyinin uğurlu müalicəsi istiqamətində apardıqları araşdırmalarından söz açıb.

Əslən Hataydan olan türk-alman im­munoloq-onkoloqu Uğur Şahin Maynzmərkəzi biotexnoloji “BioNTech” şirkə­tinin qurucu ortağıdır. O, eyni zaman­da, Maynz Tibb Mərkəzinin müəllimi və Transnasyonal Onkoloji ve İmmunoloji Mərkəzin direktorudur. 

Yenilikçi elm və iş adamı hazırda insan bədənində antigenin azalmasını dayandırmaq üçün “mRNA” adı verilen genetik materialdan istifadə etməklə xərçəng əleyhinə müalicə üsulları axtarışındadır. 

Almaniyanın “Bild am Zonntag” qəzetinə mü­sahibə verən Uğur Şahin məqsədlərinin hər xərçəng xəstəsinə şəfa vermək ol­duğunu vurğulayıb: “İlk “mRNA” tərkibli xərçəng peyvəndlərinin 2030-cu ildən öncə təsdiqini göz­ləyirik. 2025–2029-cu il­lərdə digər müalcəvi yollar arayıb təcrübədən keçirə­cəyik. Bunun üçün hər xəstənin onkoloji problem­lərini təhlil edirik və immun sisteminin daha çox şiş hüceyrəsini ta­nıyan və yox edənini seçirik”.

İmmunoloq bir başqa ümidverici antikor-dərman müalicəsindən söz açaraq bildirib: “Bu, yeni kimya tera­piyası sayılır. Həmin antikorlar qanda hədəfə yetişir və müalicə prosesində şişləri sürətlə kiçildir. Bir neçə ilə on­koloji xəstələrin müalicəsində klassik kimya terapiyasının əvəzinə, hədəfə yonəlmiş antikorlardan daha çox istifa­də ediləcəyinə əminəm”.

U.Şahin bildirib ki, onkoloji xəstədən alınan qan və şişdən biopsiya yolu ilə götürülən nümunələrdən 4 həftə sonra peyvənd aparılır. Alim hər il 10 minlərlə xəstəyə vaksin vurmağın mümkünlüyü­nü qeyd edib. Sentyabr ayında şirkət həmin yolla etdiyi müalicənin nəticələ­rini açıqlayıb. Məlum olub ki, bütün xəstələrdə ağırlaşma dayanıb və onla­rın üçdə ikisində şiş kiçilib.

Müsahibəsində daha sonra im­munoloq müalicənin digər üstünlük­lərindən bəhs edərək deyib: “Bu üsul immun sisteminin köməyi ilə şişi ta­mamilə yox etməyə qadirdir. Şiş kiçik olduqda immunoterapiyaya başlayıb xərçəng hüceyrələrini yox etmək olar. Gələcəyin strategiyası müalicədə bu fərqli yanaşmanın kombinə edilmiş va­riantından istifadədir”.

Sonda immunoloq bildirib ki, dər­manlar xəstələrə ehtiyac duyduqları anda, tez çatdırılmalıdır. Müxtəlif yer­lərdə gözləyənlər çoxdur. Klinik testlə­rin cavabı bəlli olduqdan dərhal sonra müalicə başlamalıdır.

Zərifə BƏŞİRQIZI
XQ

Səhiyyə