9 ayda Qarabağda tikinti işlərinə 3,9 milyard manat xərclənib

post-img

2023-cü ilin yanvar–sentyabr aylarında ölkəmizin azad edilmiş ərazilərində tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,1 dəfə və ya 2 milyard 41 milyon 758 min manat çoxdur. Belə ki, ötən ilin 9 ayında azad edilmiş ra­yonlarda tikinti quraşdırma işlərinə 1 milyard 828 milyon 865 min manat vəsait yönəldilib.

Yeri gəlmişkən, hesabat dövründə ən çox vəsait Laçın ( 983 milyon 43 min manat), Kəlbəcər (650 milyon 370 min manat) və Füzuli (585 milyon 624 min manat) rayon­larına ayrılıb. Ümumilikdə isə, tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisə­də Laçında 7,5 dəfə, Kəlbəcərdə 3,2 dəfə, Ağdamda 2,7 dəfə, Füzuli və Şuşada isə 2 dəfə artırılıb.

XQ

İqtisadiyyat