“Made in Azerbaijan” portalı yaradılır

post-img

Son illərdə respublikamızın qeyri-neft ixracı sahəsi coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin çoxalması ilə diqqət çəkib. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək tədbirləri də ixracın artımını stimullaşdırıb. 

Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 11 ticarət evi fəaliyyət göstə­rir. Respublikamızın iqtisadi-ticarət əlaqələrini genişlən­dirmək, bu sahədə maraqlarını qorumaq və təmsil etmək məqsədi daşıyan ticarət nümayəndəliklərinin fəaliyyəti getdikcə genişlənir. 

Bu gün ixracın stimullaşdırılmasında önəmli mexa­nizmlərdən biri “Made in Azerbaijan” brendinin yayım coğrafiyasının genişləndirilməsidir. İxracın və İnvestisi­yaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən Madeinazerbaijan.gov.az portalının yaradılması da bu istiqamət­də atılan addımlar biridir. 

AZPROMO-nun məlumatına görə, portalda istifadə­çilər üçün şəxsi kabinet, müraciət və bildiriş modulları olacaq.

XQ

İqtisadiyyat