Ukraynanın səhiyyə naziri ilə görüş keçirilib

post-img

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ukraynanın səhiyyə naziri Viktor Lyaşko ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.

Tərəflər Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi, dərman vasitələrinin birgə istehsalı barədə fikir mübadiləsi aparıblar.



Səhiyyə