Bir ildə qızılcadan ölüm halları kəskin şəkildə artıb - ÜST-dən QORXUNC AÇIQLAMA

post-img

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) hesabatına əsasən, qızılcaya yoluxma və ölüm halları 2021-2022-ci illər arasında kəskin şəkildə artıb.

XQ xarici mediaya istinadən xəbər verir ki, yoluxmaların sayının 2021-ci ildəki 7,8 milyondan bir il ərzində 9,2 milyona yüksəlməsi deməkdir.

Həmçinin qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Beləliklə, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.

"CDC" rəsmisi John Vertefeuille qeyd edib ki, qızılca xəstəliyinin yayılması və ölüm hallarının artması təəccüblüdür, lakin son bir neçə ildə peyvənd nisbətlərinin azaldığını nəzərə alsaq, təəssüf ki, bu, gözlənilməz deyil.

Ayşən AZADOVA
XQ

Səhiyyə