Almaniya iqtisadiyyatı vəsait çatışmazlığı ilə üzləşəcək

post-img

60 milyard avronun Almaniya büdcəsindən çıxarılması dəhşətli nəticələrə gətirib çıxaracaq.

XQ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner açıqlama verib: "Almaniyada 60 milyard avro tələb olunmamış kreditlərin yenidən bölüşdürülməsinə dair məhkəmə qadağası Almaniya iqtisadiyyatı üçün qısamüddətli ağır nəticələrə gətirib çıxaracaq“.

Bundan əvvəl Almaniya Konstitusiya Məhkəməsi COVID-19 ilə mübarizə üçün 2021-ci il üçün əlavə büdcədən tələb olunmamış kredit vəsaitlərinin 60 milyard avronun iqlimin qorunması fonduna yenidən bölüşdürülməsini qeyri-qanuni elan edib.

Maliyyə naziri Kristian Lindner onu da qeyd edib ki, Almaniya gələcəkdə iqtisadiyyatın və infrastrukturun yenilənməsi üçün vəsait çatışmazlığı ilə üzləşəcək.

Ayşən AZADOVA
XQ

İqtisadiyyat