“Bütün ana ölümləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti komissiyası tərəfindən araşdırılır və nəticəyə əsasən müvafiq tədbirlər görülür”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.
Qeyd edilib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, hazırda birliyin tabeliyindəki perinatal mərkəzlərin dəyərləndirilməsi aidiyyəti üzrə komissiya tərəfindən həyata keçirilir:
“Artıq Quba və Şəki Perinatal mərkəzlərində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər verilib. Komissiya tərəfindən digər perinatal mərkəzlərin də dəyərləndirilməsi qısa müddətdə həyata keçiriləcək”.
"Xalq qəzeti"

