İyunun 19-da Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb.
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 896 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 599 nəfər müalicə olunaraq sağalıb, 10 min 281 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 346, bu günə qədər isə ümumilikdə 7 milyon 637 min 355 test icra olunub.
“Xalq qəzeti”