Bölgələrdə yenə yağış, leysan yağacaq, dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin mə­lumatına əsasən iyunun 20-də Bakıda və Abşeron yarımadasında havanın də­yişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olu­nacaq. Gecə 17-22°, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Narda­ran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yer­lərdə arabir yağış yağacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsə­cək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gün­düz 30-35°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya