Şirənin tərkibində nə qədər çox karbohidrat və meyvə şəkəri varsa, sağlamlığa mənfi təsiri də bir o qədər güclüdür. Yayda təzə meyvə və giləmeyvə yemək orqanizmə yeni hazırlanmış meyvə şirəsindən daha yaxşı təsir göstərər. Çünki, bütün təzə sıxılmış şirələrdə meyvələrdə olan faydaların yarısı belə yoxdur. Həqiqətən, emaldan sonra qiymətli lif pulpadan yox olur.
Diyetoloqların sözlərinə görə, bu baxımdan ən zərərlisi şirin meyvələrdən – üzüm, banan, çiyələk və armuddan hazırlanmış şirələridir. Bütün qiymətli maddələr, vitaminlər və mikroelementlər belə şirələrdə yalnız hazırlandıqdan sonra ilk 15 dəqiqə ərzində saxlanılır. Sonra vitaminlər məhv olur.
Bundan əlavə, şirin meyvələrdən alınan təbii şirələrin həmişə çox kalorili və yüksək turşuluğa malik olduğunu unutmayın ki, bu da son dərəcə zərərlidir.
Hər qurtum şirədən sonra dişləri fırçalamaq lazımdır. Əks halda təbii meyvələrdə bol olan turşu minaya zərər verər, çürümə və digər diş problemlərinin yaranma şansını artırar.
Z.BAYRAM, “Xalq qəzeti”