Braziliyada təbii tərkibli, kofeinsiz arabika qəhvəsi növlərini yaratmaq üçün mühüm tədqiqat işlərinə başlanılıb.
“Instituto Agronomico de Campinas (IAC)” adlanan qəhvə tədqiqat mərkəzindən verilən məlumata görə, bu yenilik Braziliyada kofe ticarətinin canlanmasına və bu ölkənin qlobal qəhvə bazarında güc mərkəzinə çevrilməsinə gətirib çıxara bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu nailiyyət böyük kommersiya imkanlarına yol açaçaq.
Bu məqsədlə onlar, təbii tərkibli, çox az kofeini olan müxtəlif qəhvə bitkilərini də yetişdirməyə başlayıblar.
Kofeinsiz qəhvə satan şirkətlər bunun doğru addım olduğunu deyirlər. Belə hesab edirlər ki, ənənəvi qəhvə növlərindən kofeini çıxarmaq onların kofe sənayesində daha da irəli getməsinə səbəb ola bilər.
Qeyd edək ki, kofeinsiz qəhvə istehlakı ABŞ bazarının “təxminən” 10 faizini təşkil edir.
F.SALMANOVA, “Xalq qəzeti”