“SABAH” qruplarına qəbul imtahanının nəticələri

post-img

Dövlət İmtahan Mərkəzi (DİM) “SABAH” qruplarına qəbul olmaq üçün iyunun 18-də keçirilmiş imtahanın nəticələrini elan edib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan iştirakçıları Mərkə­zin internet saytında topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanda top­ladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öy­rənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 2978 tələbədən 681 nəfəri imtahana gəlməyib.

S.RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər