Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni paralimpiya çempionu olması münasibətilə təbrik edib

post-img

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Paraatlet Səid Nəcəfzadənin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”.

Rəsmi xronika