“Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC səhmdarlarının nəzərinə!

post-img

25 iyun 2026-cı il saat 11.00-da “Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı, Xətai rayonu, N.Rəfiyev küçəsi 29 nömrəli ünvanda müəssisənin inzibati binasında keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Müəssisənin 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatı.

2. “Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.

3. Cəmiyyətin fəaliyyətinə aid digər məsələlərin müzakirəsi.

Ümumi yığıncağa bütün səhmdarlar şəxsiyyət vəsiqəsini, varisliyi təsdiq edən sənədi, etibarnamə ilə iştirak edənlər isə notarial qaydada təsdiqlənmiş etibarnaməni təqdim etməlidirlər.

Əlaqə telefonu: 012-489-34-60.

“Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC-nin direktoru

Reklam və elan