Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir

post-img

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında şəffaf prosedurlarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üçün tədbirlər davam etdirilir.

Hazırda mərkəzin müsabiqə komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir.

Mərkəzdə:

- inşaat mühəndisliyi.

Mərkəzin Sumqayıt regional bölməsində:

- inşaat mühəndisliyi.

Mərkəzin Şəki regional bölməsində:

- kimya.

Mərkəzin Şirvan regional bölməsində:

- biologiya.

Göstərilən ixtisaslarlar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Müraciət edənlər 2025-ci il mayın 14-dən iyulun 14-ü saat 18.00-dək müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:

- Mərkəzin inzibati binasında

(Bakı şəhəri, Xaqani küçəsi 24, telefon- (012) 498-09-71).

- Mərkəzin Gəncə regional bölməsində

(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, telefon- (+99455) 424-58- 00).

- Mərkəzin Şəki regional bölməsində

(Şəki şəhəri, Salman Mümtaz küçəsi 316, tel: (+99470) 297-18-11).

- Mərkəzin Şirvan regional bölməsində

(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, telefon- (02121) 5-55-91), (+99455) 782-61-51) .

- Mərkəzin Lənkəran regional bölməsində

(Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 13, telefon- (02525) 5-01-36, (+99455) 282-82-85).

- Mərkəzin Sumqayıt regional bölməsində

(Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 29- cu məhəllə, 7/22, telefon-(+99455) 710-25-31).

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir, habelə bu sənədlər mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə təqdim olunacaqdır.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi

Reklam və elan