“Bakı Polad Burazlar” ASC səhmdarlarının nəzərinə!

post-img

“Bakı Polad Burazlar” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Bakı şəhəri, Araz küçəsi 8 nömrəli ün­vanda (“Ulduz” metro stansiyasının yaxınlığı) 28 iyun 2024-cü il saat 11.00 -da növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. 

Ümumi yığıncağın gündəliyi:

1. Cəmiyyətin 2023-cü ildəki maliyyə - təsərrüfat fəaliyyətinə aid idarə heyyətinin hesabatı.

2. Cari məsələlər.

Ümumi yığıncağın gündəliyinin materialları ilə aşağıdakı ünvana və telefon nömrəsinə müraciət etmək­lə tanış olmaq mümkündür:

Telefon: (012) 567-54-95.

Ünvan- Bakı şəhəri, Araz küçəsi 8.

Nəzərinizə çatdırırıq ki, səhmdar ümumi yığıncaqda iştirak hüququnu bila- vasitə özü və ya nümayən­dəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

Ümumi yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiqləyən sənədin əslini (nümayəndə olduqda etibarnaməsinin təsdiqlənmiş surətini) təqdim etməlidir.

İdarə heyəti

Reklam və elan