“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 6 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilmişdir.