Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 50.2-ci maddəyə “habelə” sözündən sonra “Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün,” sözləri əlavə edilsin;
1.2. 355-1.1-ci maddədə “və ya müvafiq icra hakimiyyəti orqanı” sözləri “, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror” sözləri ilə əvəz edilsin;
1.3. 355-3.2-ci maddənin birinci cümləsinə “törətmiş şəxsin” sözlərindən sonra “, prokuror tərəfindən verilən ərizəyə isə həmçinin prokurorun” sözləri əlavə edilsin;
1.4. 357.2-ci maddənin ikinci cümləsində, 403.3-cü və 423.3-cü maddələrdə “və 306-cı” sözləri “, 306-cı və 355-1.1-ci” sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 65-ci maddə üzrə:
2.1.1. 65.2-ci maddəyə “orqanının,” sözündən sonra “prokurorun,” sözü və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən müvafiq icra hakimiyyəti orqanının iştirakı təmin edilməlidir.”;
2.1.2. 65.4-cü maddəyə “işinə” sözündən sonra “prokurorun iştirakı olmadan” sözləri əlavə edilsin;
2.2. 68.4-cü maddəyə “qohumları,” sözündən sonra “prokuror,” sözü əlavə edilsin.
Maddə 3. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836 (Cild I) 12.1-ci maddəsində “və ya müvafiq icra hakimiyyəti orqanı” sözləri “, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2024-cü il