Xocalı şəhidlərinin intiqamı alındı

post-img

30 ildən çox idi ki, fevral ayının sonuna yaxın hər birimizin Xocalı adlı ürək yaramıza sanki duz səpilirdi. Mətbuatda çoxlu yazılar yazır, o günahsız qurbanları kədərlə yad edirdik. Bu il isə biz onları sevinc göz yaşları ilə, başımızı dik tutaraq anırıq. Əminliklə ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı! 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı və bununla da, keçdi­yimiz enişli-yoxuşlu, qanlı-qadalı şərəf yolumuzun məntiqi nəticəsini təsdiqlədi. 30 ildən çox məkrli erməni xislətinə, dün­ya erməniliyinin havadarlarına, Qərb “bi­ganəliyinə”, dünya terrorizminin ən qanlı və murdar dəstələrinə, Eçmiədzin emis­sarlarının uydurduqları xristian təəssüb­keşliyinə qarşı apardığımız mübarizənin çox vacib mərhələsi başa çatdı. 

2020-ci ilin payızında Azərbaycanın tarixi torpaqlarının işğalına son qoyul­du. ATƏT-in Minsk qrupu həmsədrlərinin “münaqişənin hərbi yolla həlli yoxdur” kimi 30 illik tezisi 44 gün ərzində darma­dağın oldu və Cənubi Qafqazın geosiyasi arxitekturasında tam fərqli reallıq yarandı. 

Regionun iqtisadi potensialının 80 fa­izindən çoxuna malik olan Azərbaycanın, geosiyasi əhəmiyyəti istər Qarabağın tə­bii-mineral ehtiyatları, istərsə də Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyat-kommunikasiya və tranzit im­kanlarının kəskin şəkildə artması baxı­mından Xəzər–Qara dəniz hövzəsi, Cə­nubi Qafqaz, Orta Asiya və hətta Yaxın Şərqdə daha da yüksəldi. Biz qalib gəldik, çünki onlardan bütün parametrlər üzrə, müqayisəyəgəlməz dərəcədə güclüyük. Regionda sabitliyin, təminatlı sülhün ya­ranması üçün olduqca əlverişli vəziyyətin yarandığını nəzərə alaraq yenə də öz sül­hpərvərliyimizi nümayiş etdirdik. 

Xankəndidə Azərbaycan bayrağını ucaldarkən Prezidentimizin böyük qürur və eyni zamanda ürək ağrısı ilə söylədi­yi kimi “Azərbaycan xalqı yaxşı bilir və əminəm, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər”. Amma dünya şahid oldu ki, antiterror əməliyyatı ilə cəmi 23 saat kifayət etdi ki, Azərbaycan Bayrağı Xankəndi, Xocalı və Əsgəranda ucalsın! 

Ermənistana gəldikdə isə, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran, 44 günlük müharibədə məğlubiyyət acısı yaşayan bir ölkədə dövlətin, cəmiyyətin bəlkə də qarşısıalınmaz çöküşü haqda ovqatın inama çevrilməsi prosesi – “dekli­nizm” hökm sürməyə başladığı bir vaxtda, məğlub Ermənistan sülh təklifini ən alter­nativ yol kimi qəbul etməli olduğu halda, erməni şairi E.Çarentsin təbirincə desək, erməni xisləti tam gücü ilə işə düşdü. Azərbaycanlılara qarşı 30 ildə etnik tə­mizləmə və kütləvi qırğınlar törətmiş Er­mənistan rəhbərliyi, onların havadarları, qərb “insanpərvərləri” və xristian “təəs­sübkeşləri”ndən ibarət bir xor Azərbay­canı etnik təmizləmədə təqsirləndirməyə başladılar. Azərbaycanın Xankəndidə öz bayrağını ucaltdıqdan sonra “etnik təmiz­ləmə” Ermənistanın çoxsaylı siyasilərinin dilindən, müxtəlif Avropa tribunalarından tez-tez səslənir.

Hərçənd bu kəlməni ilk dəfə Ermənis­tan Prezidenti S.Sarkisyan 30 il əvvəl To­mas de Vaal adlı jurnalistin yazdığı “Qara Bağ” adlı kitabda səsləndirmişdi: “Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki... S.Sar­kisyan: Bu, əsasən, Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə ge­dirdi. Başqa cür ola da bilməzdi...” Əlavə şərhə ehtiyac yoxdur. Xocalı qətliamı əsil etnik təmizləmə idi və bu gün müxtəlif tri­bunalardan Azərbaycanı etnik təmizləmə siyasətində təqsirləndirən müxtəlif çeşidli Avropa siyasiləri Ermənistan preziden­tinin əsil etnik təmizləmə siyasəti haqda etirafını görməzdən gəlir, anlamaq istə­mirlər ki, ikili standartlarla erməni faşizmi­ni stimullaşdırırlar. 

Təsadüfi deyil ki, acınacaqlı günlərin­də belə Ermənistan rəhbərliyi sülh təklifini xilas yolu kimi qəbul etməli olduqları hal­da, ərazi iddialarından əl çəkmək fikrin­dən uzaqdır və sülh sazişinin imzalanma­sı yolunda süni maneələr yaratmaqdadır. 

Yuxarıda qeyd etmişdik ki, biz məkrli erməni xislətinə qarşı apardığımız müba­rizənin çox vacib mərhələsini şərəflə başa çatdırdıq. Lakin mübarizə bitməyib, ermə­ni faşizminin səsi hələ də eşidilməkdədir. 

Biz Xocalı faciəsini heç vaxt unutma­malıyıq. O məşum gecədə vəhşicəsinə qətlə yetirilən günahsız insanların – mə­sum körpələrin, qadınların, qocaların qi­sası alındı. Onların 30 il rahatlıq tapma­yan ruhları şad oldu. Prezidentimizin hər birimizin ürəyindən gələn, hər birimizin adından səsləndirdiyi kimi “Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bü­tün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçı­ları olub”.

Biz Xocalı faciəsini həm də ona görə unutmamalıyıq ki, bu faciə unutqanlığı­mızın cəzası olan növbəti dəhşətli bir xatırlatmadır. Bunları unutmağımızın bə­dəli, bir qayda olaraq çox ağır olur və biz bundan ciddi nəticələr çıxarmalıyıq. Çün­ki düşmənimizin xisləti dəyişməzdir. Ölkə rəhbərimiz Xocalı şəhərində Dövlət Bay­rağını ucaldarkən demişdir: “Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir? Həmin ölkələr ki, o vaxt –1992–1993-cü illərdə Ermənista­nın yanında idi, onları işğala təhrik edir­di, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində.”

Biz də dəyişmirik, daha da mətinlə­şir, daha da güclənirik! Prezidentin dediyi kimi “...xalqımız nə qədər əzab çəkib, ta­rix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkba­şına üz-üzə qalmışdıq, heç kim bizim ya­nımızda durmadı.”

Bəli! Əyilmədik, sınmadıq! Və heç vaxt əyilməyəcəyik! Sınmayacağıq! Qu­rub yaradacağıq! Heydər Əliyev Fon­dunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayında başla­mış “Xocalıya ədalət!” kampaniyası, “Xo­calıya böyük qayıdış”a çevrilməkdədir! Xalqımızın 7 fevral Prezident seçkilərində nümayiş etdirdiyi yekdillik və müdrik se­çim onu deməyə əsas verir ki, 30 ildən çox matəmdə olan o torpaqlarda tezliklə şən həyat qaynayacaq! 

İlham MƏDƏTOV,
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru

Qan yaddaşı