Dünya Xocalı qatillərini ittiham edir

post-img

Özbəkistan

Daşkənddəki Respublika Azərbay­can Milli Mədəniyyət Mərkəzi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqə­dar keçirilən anım tədbirində şəhərdəki milli mədəniyyət mərkəzlərinin rəhbər­ləri, qardaş özbək xalqının nümayən­dələri, diasporumuzun üzvləri, jurna­listlər iştirak ediblər. 

Mərasimdə Xocalı faciəsi ilə bağlı foto, kitab və açıqcalardan ibarət eks­pozisiya sərgilənib, videofilm göstəri­lib. RAMMM-ın sədri Mobil Məmmədov Xocalı faciəsinin səbəbləri və nəticələri barədə məlumat verib. Xocalı soyqırı­mını dünya ictimaiyyətinə çatdırmaq, faciə qurbanlarının xatirəsini yad et­mək, erməni vandalizminin mahiyyə­tini, onların iç üzünü açmağın vacib olduğu vurğulanıb.

Mərkəz sədrinin müavini Xasay Ab­dullayev, Xocalı faciəsinin şahidi Yusif Əliyev, həmçinin soydaşlarımızdan Həzrətəli Sarızadə, Ruslan Cəfərov, şair Əli Nəsirli və başqaları bu qanlı əməllərin törədənləri pisləyib, ermə­niləri zaman-zaman azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklər­dən danışıblar.

ABŞ

Amerika Birləşmiş Ştatlarının Va­şinqton, Nyu-York, Mayami, Boston, Trenton, Atlanta, Çikaqo, Los-Anceles, Hyuston və Solt-Leyk-Siti şəhərlərində Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksi­yası keçirilib. 

Diasporla İş üzrə Dövlət Komtəsi­nin dəstəyi və Yuta-Azərbaycan Dost­luq Təşkilatının rəhbəri Əsmər Qaraye­vanın təşkilatçılığı ilə baş tutan aksiya “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilib. Aksiya zamanı Xo­calı həqiqətlərini əks etdirən LED ek­ranlı avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələrində hərəkət edib. 

Ekranda Azərbaycan bayrağının, xəritəsinin, Xocalı soyqırımı qurbanla­rının adları və fotoları nümayiş etdirilib. Təsvirlər “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın”, “Ermənistanın in­sanlığa qarşı cinayəti”, “Ermənistanın Xocalıdakı bir gecəlik soyqırımı”, “Er­məni lideri hərbi cinayətləri etiraf edib”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Qarabağ Azərbaycandır!”, “Xocalını xatırla!”, “Biz xatırlayırıq!”, “Xocalı üçün dua et” və s. şüarları və çağırışları ilə müşayiət olunub. 

Ermənistanın eks-prezidentləri Ro­bert Koçaryanın və Serj Sarkisyanın fotoları da ekranda yer alıb və hərbi cinayətlərə görə məhz bu şəxslərin bir­başa məsuliyyət daşıdığına diqqət cəlb edilib. 

Misir

Azərbaycanın Misir Ərəb Respub­likasındakı səfirliyində Xocalı soyqırı­mı ilə əlaqədar anım mərasimi keçiri­lib. Tədbirdə Azərbaycan icması, yerli mətbuat nümayəndələri və ziyalılar iş­tirak ediblər.

Əvvəlcə Xocalıda baş vermiş faciə­ni əks etdirən fotosərgi nümayiş etdi­rilib. Səfirliyin müşaviri R.Vəliyev çıxış edərək, erməni silahlı qüvvələri tərəfin­dən Xocalıda törədilmiş dəhşətli faciə­ni dinc əhaliyə qarşı işlənmiş ən ağır cinayət və dünya tarixinin ən qanlı sə­hifələrindən biri kimi xarakterizə edib, bu hadisənin başvermə səbəbinin Er­mənistanın dövlət səviyyəsində Azər­baycana qarşı həyata keçirdiyi nifrət, vəhşilik və zorakılıq siyasətinin nəticəsi olduğunu söyləyib. 

Misir ziyalısı M. Sələmə və jurna­list M.Yasin müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş bu soyqırımın yüzlər­lə uşağın, qocanın və qadının həlak olmasının, bir şəhərin yerlə-yeksan edilməsinin aşkar nümunəsi olduğunu qeyd ediblər. Azərbaycanın Misirdəki icmasının rəhbəri S.Nəsibov Xocalı faciəsinin planlı şəkildə erməni vəhşi­liyinin davamı olaraq baş verdiyini, bu soyqırımı aktının mövcud beynəlxalq hüquq çərçivəsində qiymət verilməsi­nin vacibliyini vurğulayıb. 

Bolqarıstan

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Bolqarıstan ictimaiyyətini məlumatlandırmaq məqsədilə Azər­baycan səfirliyi Sofiyada bir sıra tədbir­lər keçirib.

Paytaxtın mərkəzi məscidində qət­liam qurbanlarının xatirəsinə dualar oxunub, cümə namazı qılınıb, ehsan verilib. Xocalı soyqırımı ilə bağlı Bolqa­rıstan mətbuatında geniş məlumatlar yayılıb, 7 min nəfərlik Xocalı şəhərinin erməni işğalçıları tərəfindən bir gecədə qəddarlıqla məhv edildiyi, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 5379 nəfə­rin zorla didərgin salındığı, 1275 nəfə­rin əsir götürüldüyü barədə həqiqətlər bolqar oxucuların diqqətinə çatdırılıb.

Bolqarıstanda yaşayan soydaşla­rımızın və yerli ictimaiyyat nümayən­dələrinin iştirakı ilə səfirlikdə keçirilən tədbirdə səfir Hüseyn Hüseynov çıxış edərək bu faciə, onun səbəb və acı nəticələri, eləcə də onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə apa­rılmış fəaliyyət barədə məlumat verib. Tədbirdə Heydər Əliyev Fodnunun dəstəyi ilə çəkilmiş “Xocalıya ədalət” filmi nümayiş etdirilib, Xocalı faciəsini əks etdirən sərgiyə baxış olub.

İsrail 

İsrailin Akko şəhərində fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi”nin və Ümumisrail Dağ Yəhudiləri Birliyinin təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı anım tədbiri keçirilib. 

“İsraildə Azərbaycan Evi”nin rəh­bəri Nexemiya Şirin Mixaeli Xocalıda baş verən soyqırımının hərbi cinayət olduğunu bildirib. O‚ əlavə edib ki‚ Xo­calı soyqırımını törədən canilər hələ də cəzalandırılmayıb. 

Ümumisrail Dağ Yəhudiləri Birliyi­nin sədri Pavel Elizarov Xocalıda gü­nahsız və əliyalın dinc sakinlərin məruz qaldığı erməni terrorunu pisləyərək‚ Ümumisrail Dağ Yəhudilərinin hər za­man Azərbaycan xalqının yanında ol­duğunu bildirib. 

Nofa Galil şəhərinin cəmiyyət sədri Amir Xanox‚ İsrail Müdafiə Nazirliyi­nin yüksək rütbəli zabitləri Elişa Xa­nukayev və Rafael Agaronov və digər şəxslər də dünyanın erməni vəhşiliyini görməsi və tanıması üçün beynəlxalq ictimaiyyətə çağırışlar səsləndiriblər. 

***

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublika­sındakı Regional Nümayəndəliyinin yaydığı məlumatda isə bildirilir: “Xo­calı soyqırımı nəinki əsrin soyqırımı‚ hətta bəşər sivilizasiyasının ən qanlı və qorxunc insan qətliamlarındandır. Xocalı soyqırımı mahiyyətcə misli bə­rabəri olmayan kütləvi terror və hərbi cinayətdir”. 

Daha sonra qeyd edilir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qət­liamlarından olan Xocalı soyqırımını törətmişlər.

Avstriya 

Vyana şəhərindəki məşhur Hel­denplatz meydanında Xocalı soyqırı­mının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib. Aksiyaya 31 ölkənin 74 şəhə­rindən gəlmiş 1000-dən çox soydaşı­mız, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost xalqların nümayən­dələri qatılıblar.

Aksiyada Vətənmizin ərazi bütöv­lüyü uğrunda canlarından keçmiş şə­hidlərimizin və Xocalı soyqırımı qur­banlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soydaşlarımız və onlara dəstək verən əcnəbilər Azər­baycanın və yaşadıqları ölkələrin bay­raqlarını dalğalandırıb, Xocalı soyqırı­mı ilə bağlı məlumatları, Azərbaycan xalqının 31 ildən bəri ədalət gözlədiyini ingilis, Litva, serb, alman, italyan, fran­sız, yunan, polyak, ivrit, Azərbaycan, gürcü, Norveç, fin, ispan, türk dillərin­də diqqətə çatdırıb, bu dəhşətli hərbi cinayətə hüquqi-siyasi qiymət verilmə­sini, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermələ­rini tələb ediblər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş sənədli film, diaspor nü­mayəndələrinin “Xocalı 613” yazısının ətrafına şamlar düzməsi, fləşmoblar keçirməsi yerli ictimaiyyətin marağına səbəb olub. Fond tərəfindən hazırlan­mış Xocalı soyqırımı ilə bağlı məlumat­ları əks etdirən kitab, buklet, broşür və materiallar şəhər ictimaiyyətinə payla­nılıb.

Estoniya 

Estoniya parlamentinin Azərbay­canla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı qətliamının 31-ci ildö­nümü ilə əlaqədar bəyanatla çıxış edib. 

Bəyanatda bildirilir ki, deputat qru­pu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş, çoxlu sayda qadın, uşaq və qoca da daxil olmaqla 600-dən çox dinc sakinin qətlə yetiril­diyi Xocalı qətliamını pisləyir və xalqı­mıza dərin hüznlə başsağlığı verir: “Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Biz hesab edirik ki, regiondakı bütün dövlətlərin suve­renlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz regio­nun yenidən qurulması səylərinə görə Azərbaycan Respublikasına ehtiramı­mızı bildirir, müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq”.

 

(“Xalq qəzeti”nin və AZƏRTAC-ın materialları əsasında hazırlanıb.)









Qan yaddaşı