Hərbi qulluqçular arasında atletika üzrə yarışlara start verilib

post-img

Quru Qoşunlarının 2023-cü ilin hazırlıq planına əsasən noyabrın 21-də hərbi qulluqçular arasında atletika üzrə yarışlar start götürüb.
Yarışların açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər mütəmadi olaraq idman yarışlarının keçirilməsinin mahiyyətindən danışaraq, iştirakçılara uğurlar arzulayıblar. Yüksək fiziki göstəricilərin hərbi qulluqçuların döyüş hazırlığına müsbət təsir etdiyini qeyd ediblər.

Beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək yarışlarda birlik və birləşmələri 8 komanda təmsil edəcək. Plana əsasən komandalar müxtəlif məsafələrə qaçış, hündürlüyə və uzununa tullanma, eləcə də estafet yarışlarında güclərini sınayacaqlar. Yarışlara Quru Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik edəcəklər.

Açılış mərasimindən sonra komandalar 100 metr məsafəyə qaçışla mübarizəyə başlayıblar.





Ordu